Bakıda Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin sərgisi açılıb

Bakıda Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin sərgisi açılıb
# 11 noyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 13-də Muzey Mərkəzinin sərgi qalereyasında Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin əsərlərindən ibarət sərgi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, sərgi Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunur. Noyabrın 26-dək davam edəcək sərgidə rəssamın xanımı Danifika Stoyçeva, Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Maksim Dimov və montajçı-rəssam Borislav Slavov da iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR