Rasim Ocaqovun xatirə gecəsi keçiriləcək
13 noyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 22-də Azərbaycanın xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib. ÜNS Yaradıcılıq Səhnəsində keçiriləcək tədbirin rejissoru Cənnət Səlimovadır. Tədbirdə R. Ocaqovun həyat və yaradıcılığından danışılacaq və onun rejisoru olduğu filmlərdən fraqmentlər nümayiş etdiriləcək.
Mədəniyyət siyasəti
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
18:51
2 may 2024
Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb
15:42
2 may 2024
Nazirlik: 163 abidə mina və sursat partlayışı riski olan ərazilərdədir, inventarlaşdırılması aparılmayıb
15:26
2 may 2024
İqlim dəyişikliyinin Quba Memorial Kompleksinə mənfi təsiri açıqlanıb
15:22
2 may 2024