Bank Of Baku

Türkdilli ölkələrin milli kitabxanalarının vahid portalı yaradılacaq

Türkdilli ölkələrin milli kitabxanalarının vahid portalı yaradılacaq
# 17 noyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah türkdilli ölkələrin milli kitabxana direktorlarının II konfransının yekununda “Türkdilli ölkələrin milli kitabxanalarının vahid portalının yaradılması” ilə bağlı sənəd qəbul olunacaq. APA-nın məlumatına görə, bunu M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov deyib. O bildirib ki, vahid portalın yaradılması o qədər də asan məsələ deyil və bunun üçün azı bir il vaxt lazımdır. Portalın yaradılmasında məqsəd türk cümhuriyyətlərinin ortaq mədəniyyətinin tədqiqi, təbliği və dünya ölkələrinə təqdimatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR