Azərbaycan Belarusda keçirilən beynəlxalq film festivalında iştirak edir

Azərbaycan Belarusda keçirilən beynəlxalq film festivalında iştirak edir
# 20 noyabr 2008 11:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Belarusun paytaxtı Minsk şəhərində keçirilən XV beynəlxalq “Listopad” film festivalında Azərbaycan da iştirak edir. APA-nın festivalın rəsmi internet saytına əsasən yaydığı xəbərə görə, festivalda Azərbaycanda istehsal olunan iki sənədli film - Tahir Əliyevin “Səhra gülü” və Miri Rzayevin “Portret“ filmi nümayiş olunur. Hər iki film “Salnamə” sənədli filmlər kinostudiyasında istehsal edilib. Noyabrın 22-də yekunlaşacaq festivalın qalibləri sonuncu gün məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR