Bank Of Baku

Arif Məlikovun yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Arif Məlikovun yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
# 20 noyabr 2008 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bəstəkar Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. “Azersun Holding”dən APA-ya verilən məlumata görə, festivala Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Xor Kapellasının I simfonik konserti ilə start verilib. Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət xadimləri və “Azersun Holding”in rəhbərliyi də iştirak edib. Festival noyabrın 30-na qədər davam edəcək.

Qeyd edək ki, açılış mərasimində A. Məlikovun Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət” adlı səkkizinci simfoniyasının kompakt diskinin təqdimetmə mərasimi də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR