Bank Of Baku

“Naxçıvan abidələri” ensiklopediyasının təqdimat mərasimi keçirilib

“Naxçıvan abidələri” ensiklopediyasının təqdimat mərasimi keçirilib
# 21 noyabr 2008 08:25 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA “Naxçıvan abidələri” ensiklopediyasının təqdimat mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Muzeyində təşkil olunan mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ötən müddət ərzində muxtar respublika ərazisində 1162 abidənin pasportlaşdırıldığını bildirib. Ali Məclis sədri bütün bunların nəticəsi olaraq regionun tarixi və mədəniyyət abidələrinin əks olunduğu ensiklopediyanın yaranma zərurətinin meydana çıxdığını qeyd edib. V. Talıbov deyib ki, “Naxçıvan abidələri” internet saytının yaradılmasının, regionun tarixi və mədəni abidələrinin yüksək səviyyədə geniş təbliğinin vacib olduğunu bildirib.
Qeyd edək ki, təqdimatı keçirilən yeni nəşrdə 231 arxeoloji, 13 tarixi, 50 memarlıq, 18 təbiət, 2 tarixi arxeoloji, 47 tarixi memarlıq abidəsi, 22 monumental sənət abidəsi, o cümlədən 5 tarixi xəritə, 21 tarixi abidənin layihəsi verilən ensiklopediyada 806 şəkil və 600-ə yaxın məqalə dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR