Bank Of Baku

Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında "Cineman" jurnalının yaradıcı heyəti ilə görüş keçirilib

Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında "Cineman" jurnalının yaradıcı heyəti ilə görüş keçirilib
# 21 noyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında "Cineman" jurnalının yaradıcı heyətinin institutun müəllim və tələbə kollektivi ilə görüşü keçirilib. APA-nın məluamtıan görə, universitetin prorektoru Rafiq Sadıqov “Gənclər və Azərbaycan sineması” mövzusuna həsr olunan tədbirin institutun mədəni həyatında maraqlı və yaddaqalan hadisə olduğunu qeyd edib. “Ritm prodakşn” şirkətinin direktoru və jurnalın təsisçisi Xaqani Savalan dərginin yaranma zərurəti haqqında məlumat verərək bu addımı Azərbaycan kinosunun intibahı, kinomuzun gələcəyi naminə atdıqlarını bildirib. X. Savalan "Ritm prodakşn" şirkətinin rəhbəri kimi gənclərlə işbirliyi yaratmaq niyyətində olduqlarını söyləyib.
Jurnalın baş redaktoru Müqəddəs Şahbazov “Cimeman”-ın ilk sayının Azərbaycan kinosunun 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyini diqqətə çatdırıb. Professor Aydın Dadaşov milli kinematoqrafiyaya həsr olunan dərginin işıq üzü görməsini mətbuatda tərəqqi adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR