Bank Of Baku

Türkiyədə nəşr edilən jurnal “Çırpınırdın, Qara dəniz”in erməni mahnısı olduğunu yazıb

Türkiyədə nəşr edilən jurnal “Çırpınırdın, Qara dəniz”in erməni mahnısı olduğunu yazıb
# 21 noyabr 2008 14:45 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalın iddiasına əsasən, XVIII əsrdə yaşamış xalq ozanı S. Nova bu mahnını öz kamançasına həsr edib. Guya Türkiyədəki milliyyətçilər 1960-cı illərdə bu mahnının sözlərini dəyişdirərək söyləməyə başlayıblar. Jurnal 1974-cü ildə türk ordusunun türkləri xilas etmək məqsədilə Kipr adasına daxil olmasından sonra sənətçi Aytən Alpmanın ifası ilə məşhurlaşan “Məmləkətim” mahnısının isə yəhudi musiqisi olduğunu iddia edib.

Xatırladaq ki, “Çırpınırdın, Qara dəniz” mahnısının sözləri böyük Azərbaycan şairi Əhməd Cavada, musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsusdur. Ə. Cavad bu şeiri Nuru paşanın komandanlıq etdiyi Osmanlı ordusunun Bakını azad etməsinin şərəfinə yazıb.

Qeyd edək ki, “Yeni Aktüel” jurnalı “Turkuaz” Media Qrupuna aiddir. Bu media qrupunun səhmlərinin 75%-i “Çalık Holding”ə məxsusdur. Media qrupuna ATV telekanalı, “Sabah” qəzeti və digər qəzet-jurnallar da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR