Bank Of Baku

Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının prezidenti bu gün Bakıya gəlir

Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının prezidenti bu gün Bakıya gəlir
# 24 noyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının (İFLA) prezidenti Ellen Tisenin bu gün Bakıya səfəri başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, İFLA prezidenti Ellen Tisenin Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan kitabxanalarının İFLA-da daha geniş təmsil olunması, əməkdaşlığın hərtərəfli inkişafı, informasiya cəmiyyəti Azərbaycan modelinin formalaşdırılmasında qurumun iştirakının təmin edilməsidir. Bu gün axşam Bakıya gələcək federasiya rəhbəri Azərbaycan Dövlət Filarmoniyasında Sankt-Peterburq Akademik Mariinski Teatrının Simfonik Orkestrinin konsertində iştirak edəcək. Noyabrın 25-də isə o, M.F.Axundov adına Milli Kitabxanası və Prezident Kitabxanası ilə tanış olacaq. Qonaq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşəcək.
Xatırladaq ki, bu federasiya Kitabxana işi sahəsində dünyada ən ali təşkilat hesab edilir. Əsası 1927-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində qoyulan İFLA-nın dünyanın 150 ölkəsindən 1700 üzvi vardır. Azərbaycanın iki kitabxanası M.F.Axundov adına Milli Kitabxana və Prezident Kitabxanası İFLA-nın üzvidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR