Bank Of Baku

2013-cü ilə qədər Azərbaycandakı bütün kitabxanaların fəaliyyəti genişləndiriləcək

2013-cü ilə qədər Azərbaycandakı bütün kitabxanaların fəaliyyəti genişləndiriləcək
# 25 noyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda səfərdə olan Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının (İFLA) prezidenti Ellen Tisen M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşüb. APA-nın məlumatına görə, K. Tahirov rəhbərlik etdiyi kitabxananın bu günlərdə 85 illik yubileyinin keçirildiyini deyib və kitabxananın fəaliyyəti barədə qonağa ətraflı informasiya verib. O bildirib ki, bu gün milli kitabxananın 5 milyona yaxın nüsxənin toplandığı fondu var və oxucular bu fonddan bəhrələnir. K. Tahirov qeyd edib ki, 2013-cü ilə qədər Azərbaycandakı bütün kitabxanaların fəaliyyətində inkişaf olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR