Bank Of Baku

İFLA prezidenti: “Azərbaycanda yeni və mükəmməl kitabxana sistemi yaratmaq lazımdır”

İFLA prezidenti: “Azərbaycanda yeni və mükəmməl kitabxana sistemi yaratmaq lazımdır”
# 25 noyabr 2008 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Dünyanın bir çox ölkələri kimi, Azərbaycanda da yeni və mükəmməl kitabxana sistemi yaratmaq lazımdır. Bunun üçün dayanmadan çalışmaq və inkişaf yolunu dəstəkləmək gərəkdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasının (İFLA) prezidenti Ellen Tisen Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə deyib. Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycana gəldiyini söyləyən qonaq bildirib ki, səfərinin əsas məqsədi Azərbaycan kitabxanalarının İFLA-da daha geniş təmsil olunması, əməkdaşlığın hərtərəfli inkişafı, informasiya cəmiyyətinin Azərbaycan modelinin formalaşdırılmasında İFLA-nın iştirakının təmin edilməsidir. Ə. Qarayev isə Azərbaycanın kitabxana şəbəkəsi barədə ümumi məlumat verib və kitabxanalara olan marağın gündən-günə artdığını diqqətə çatdırıb.
Qeyd edək ki, bu, İFLA prezidentinin Azərbaycana ilk səfəridir. E. Tisen Prezident Kitabxanasında olacaq, Qız Qalası və Şirvanşahlar saray kompleksinə gedəcək, Dövlət Rəqs Ansamblının konsertində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR