Bank Of Baku

“Qarabağ, onun qədim tayfaları və toponimləri” kitabı çap olunub

“Qarabağ, onun  qədim tayfaları və toponimləri” kitabı çap olunub
# 26 noyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tədqiqatçı Aydın Məmmədovun (Qarabağlı) “Qarabağ, onun qədim tayfaları və toponimləri” kitabı çap olunub. APA-nın məlumatına görə, kitab Qarabağın keçmişinə, onun qədim türk tayfalarına və onlardan miras qalan coğrafi adlara həsr olunub. Kitaba əlavə olunmuş izahlı toponomik lüğətlər, xəritələr, cədvəllər, diaqramlar əski dövrlərdən adıçəkilən ərazilərdə türk mənşəli tayfaların məskunlaşmasını sübut edir. Kitaba yazdığı ön sözdə müəllif bildirir: “Qədim qarabağlılar yüzilliklər boyu Azərbaycan xalqının etnomənəvi sərvətinin yaradılmasında iştirak edib və minlərlə türk mənşəli toponimlər yaradıblar. Miladın 8-ci yüzilliyinə, yəni Qafqaz Albaniyasının ərəblər tərəfindən işğalına qədər Qarabağda erməni adlı etnos, tayfa, qəbilə yaşamayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR