Bank Of Baku

Şamaxıda eramızın III-V əsrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb

Şamaxıda eramızın III-V əsrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb
# 26 noyabr 2008 13:54 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyasının nümayəndələri rayonun Çöl Göylər kəndi ərazisindəki qədim şəhərgahda tədqiqat işləri apararkən qədim yaşayış dövrünə aid müxtəlif maddi-mədəniyyət nümunələri aşkarlayıblar. Ekspedisiyanın rəhbəri tarix elmləri namizədi Şirzad Əhmədov APA-nın yerli bürosuna bildirib ki, arxeoloji qazıntılar zamanı oradan 3 ədəd küp qəbir, onların içindən və ətrafından nizə ucluqları, sikkələr, dabanlı şüşə bakallar, qolbağılar, şüşə muncuqlar, müxtəlif məişət və təsərrüfat qabları, keramika məmulatları aşkarlanıb. Həmçinin ərazidə torpaq qəbirlərə və daş qutulara da rast gəlinib.
Yarı uçmuş vəziyyətdə tapılan küp qəbirlərin ağzı cənub-qərb istiqamətindədir. Qırmızı rəngli bu küplərin ölçüləri və qalınlığı müxtəlifdir. Onların boyun hissəsində gövdəyə bərkidilmiş yumru qulplar var. Küp qəbrin içindəki skeletlər də sol böyrü üstə bükülü vəziyyətdə cənub-qərb istiqamətində qoyulub: “Aşkarlanan küp qəbirlər, məişət və təsərrüfat əşyaları, qırmızı rənglə boyanmış saxsı qablar ilk orta əsrlər dövrünə, yəni bizim eranın III-V əsrlərinə aid maddi-mədəniyyət nümunələridir”.
Ş. Əhmədov qeyd edib ki, Küp qəbirlər mədəniyyəti qalıqları Azərbaycanın əksər rayonlarında, o cümlədən Şamaxının Çöl Göylər, Hacıqədirli kəndlərindəki qədim şəhərgahda və Bağırlı kəndi yaxınlığındakı “Taxtalar” adlanan yerdə mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR