Bank Of Baku

“Qarabağ – irsimizin əbədi yaddaşı” kitabı işıq üzü görüb

“Qarabağ – irsimizin əbədi yaddaşı” kitabı işıq üzü görüb
# 26 noyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Qarabağ – irsimizin əbədi yaddaşı” kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, kitabda 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin fotoları yer alıb. Kitabda verilən abidələrin hamısı hal-hazırda işğal altında olan ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər və daş plastikası nümunələri də öz əksini tapıb. Bütün materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunub. Nəşrin sonunda əsərdə rast gəlinən tarixi şəxslər barəsində izahlı lüğət və işğal altında olan tarix-mədəniyyət abidələrinin ətraflı siyahısı yerləşdirilib. Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə bu mövzuda daha bir neçə nəşrin hazırlanmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR