Bank Of Baku

Əbülfəs Qarayev: “İlin sonuna kimi “İstiqlal” abidəsinin hansı layihə əsasında hazırlanacağına qərar veriləcək”

Əbülfəs Qarayev: “İlin sonuna kimi “İstiqlal” abidəsinin hansı layihə əsasında hazırlanacağına qərar veriləcək”
# 27 noyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. ““İstiqlal” abidəsinin hazırlanması üçün bu günə qədər bizə dəyərli layihə təqdim olunmayıb. Abidənin hazırlanmasının gecikməsinin əsas səbəbi budur”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir abidənin hazırlanması üçün iki mərhələdən ibarət müsabiqə keçirildiyini xatırladıb: “Birinci mərhələnin nəticələri haqqında sizə məlumat vermişdik. Hətta layihələrin təsvirlərini də mətbu orqanlarda nəşr etdirmişdik. Təəssüf ki, istər birinci, istərsə də ikinci mərhələdə təqdim olunan layihələr arasında nə münsiflər heyətini, nə də bizi qane edən layihə olmadı. Biz artıq bununla bağlı bir neçə beynəlxalq şirkətə və yerli memarlarla heykəltəraşlara müraciət etmişik”. Ə. Qarayevin sözlərinə görə, ilin sonuna kimi “İstiqlal” abidəsinin hansı layihə əsasında hazırlanacağına qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR