Bank Of Baku

Əbülfəs Qarayev: “Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı toplantısına Ermənistan da dəvət olunub”

Əbülfəs Qarayev: “Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı toplantısına Ermənistan da dəvət olunub”
# 27 noyabr 2008 10:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki, Ermənistan Avropa Şurası tərəfindən bu toplantıda iştiraka dəvət olunub: “Avropa Şurası Ermənistan bu toplantıya dəvət edib. Lakin onların iştirak edəcəyi hələ təsdiqlənməyib. Bununla belə, ola bilsin ki, Ermənistan nümayəndəsi bu konfransda iştirak etsin. Onun üçün də digərlərinə yaradılan şərait yaradılacaq”.

Ə. Qarayev konfransda ilk dəfə olaraq qonşu regionların, İslam və Ərəb ölkələri nazirlərinin iştirak edəcəyini deyib: “Hesab edirik ki, hazırladığımız mədəni proqram Azərbaycanın həm Avropa, həm də böyük İslam ölkəsi olduğunu bir daha sübut edəcək. Bu konfransın yekununda qəbul olunacaq Bakı Bəyannaməsinin mədəniyyət nazirləri və nazirlikləri üçün müəyyən istiqamətverici sənəd olacağına ümid edirik”.

Nazir konfrans çərçivəsində mədəni tədbirlərin təşkil olunacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR