Bank Of Baku

Əbülfəs Qarayev Rüstəm İbrahimbəyovun Azərbaycan elitası ilə bağlı fikirlərinə münasibət bildirib

Əbülfəs Qarayev Rüstəm İbrahimbəyovun Azərbaycan elitası ilə bağlı fikirlərinə münasibət bildirib
# 27 noyabr 2008 10:58 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir ziyalılar arasında bu cür ziddiyyətlərin olmasından narahatlıq keçirdiyini qeyd edib: “Xalqımız çox gözəl bilir ki, Azərbaycan elitasına kimi aid etmək olar. Xalq buna çox yaxşı qiymət verə bilir. Eyni zamanda məni narahat edən amillərdən biri odur ki, Azərbaycan ziyalıları arasında bu cür ziddiyyətlər mövcuddur. Düşünürəm ki, biz ziyalı və intellektual gücümüzü bir-birimizə qarşı yox, ümumi düşmənlərimizə qarşı yönəltməliyik”.

Ə. Qarayev bu cür lazımsız söhbətlərin səngiyəcəyini bildirib: “Azərbaycan xalqı çox ləyaqətli xalqdır, onu təhqir etmək olmaz. Xalqımız hər zaman öz fikrini ifadə etməyə hazır olmalıdır. Əlbəttə, hər yaradıcı insanın öz fikri ola bilər və buna hörmətlə yanaşmalıyıq. Bir-birimizə daim hörmətlə yanaşmaq bizim borcumuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR