Bank Of Baku

Dədə Qorqudun abidəsi üçün layihələrin qəbulu davam edir

Dədə Qorqudun abidəsi üçün layihələrin qəbulu davam edir
# 27 noyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Dədə Qorqudun abidəsinin hazırlanması üçün layihələrin qəbulu hələ davam edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, hazırda təqdim olunan layihələr arasından seçim aparıldığını vurğulayıb.

Ölkədəki parkların vəziyyətindən də danışan nazir parkların ərazisindəki yaşıllıqların saxlanılmasının çox vacib olduğunu bildirib: “Bu gün rayonlarda və rayon mərkəzlərində müxtəlif parkların yaradılmasına əhəmiyyət verilir. Parklara nəzarəti yerli icra orqanları həyata keçirməlidir. Biz isə onlara yalnız kömək edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR