Bank Of Baku

Gənc rəssamlar animasiya filmlərinin hazırlanmasına cəlb olunacaq

Gənc rəssamlar animasiya filmlərinin hazırlanmasına cəlb olunacaq
# 27 noyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanın gənc rəssamları animasiya filmlərinin hazırlanmasına cəlb olunacaq. Bunun üçün xüsusi proqram həyata keçirəcəyik”. APA-nın məlumatına görə, bu barədə junalsitlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, son bir neçə ilə nisbətən bu il Azərbaycanda animasiya filmlərinin hazırlanması sahəsində inkişaf hiss olunur: “Animasiya filmləri ilə bağlı xüsusi bir dövlət proqramı yoxdur. Ancaq son vaxtlar bu sahədə canlanma hiss olunur və bunun üçün biz ayrıca vəsait ayırmışıq. Bu vəsaitin həcmi sonrakı illərdə daha da artırılacaq”.

Ə. Qarayev bir il ərzində beş bədii film çəkildiyini, bu gün isə “Cavad xan” filminə baxış keçiriləcəyini söyləyib: “Bu gün mən bu filmə baxacağam. Sonra isə filmi açıq baxışa verəcəyik. Fikrimcə, bir il ərzində beş film təhvil vermək kifayət qədər yüksək nəticədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR