Bank Of Baku

Qara Qarayevin 90 illik yubileyi münasibəti ilə yeni quruluşda səhnəyə qoyulan “Yeddi gözəl” baletinin ilk nümayişi keçirilib

Qara Qarayevin 90 illik yubileyi münasibəti ilə yeni quruluşda səhnəyə qoyulan “Yeddi gözəl” baletinin ilk nümayişi keçirilib
# 27 noyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibəti ilə yeni quruluşda səhnəyə qoyulan “Yeddi gözəl” baletinin ilk nümayişi keçirilib. APA-nın məlumatına görə, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edilən tamaşanın librettosu Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında yazılıb. Baletin ilk tamaşası 1952-ci ildə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni quruluşda hazırlanan tamaşanın musiqi rəhbəri və dirijoru Elşad Bağırov, quruluşçu baletmeysteri rusiyalı xoreoqraf Vasili Medvedyev, libretto müəllifi Yana Temiz, tamaşanın səhnə tərtibatının müəllifi Dmitri Çerbadjidir. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet trubbasından əməkdar artistlər İslam İslamov (Bəhram şah), Kamilla Hüseynova (Gözəllər gözəli), Alsu Qimadyeva (Məğrib gözəli), Yelena Skomoroşenko (Slavyan gözəli), Samir Səmədov (Səməndər), aparıcı solistlər nigar ibrahimova (Hind gözəli), Olqa İlinıx (Xarəzin gözəli), Tamilla Məmmədzadə (Çin gözəli), Emiliya Mençinskaya (Bizans gözəli) çıxış edirlər. Noyabrın 29-da “Yeddi gözəl” baletinin premyerası keçiriləcək. Premyerada Qara Qarayevin övladları- oğlu Fərəc Qarayev vəı onun ailə üzvləri, qızı Züleyxa Bağırova da iştirak edəcək. Bundan başqa tamaşanın premyerasında Rusiya Akademik Böyük Teatrı balet truppasının bədii rəhbəri Yuri Burlaka, Almaniyadan Münhen Musiqi sənəti festivalının bədii rəhbəri və təşkilatçısı Korneliya fon Kerssenbrok və Lüdviq Bauman, Praqa Opera və Balet Teatrının baletmeysteri Sanislav Feço və başqa qonaqlar da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR