Bank Of Baku

Azərbaycan Aşıqlar Birliyi aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün quruma müraciət ünvanlayıb

Azərbaycan Aşıqlar Birliyi aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün quruma müraciət ünvanlayıb
# 29 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin ilk iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq sənətinin bugünkü vəziyyətindən danışıb. Birlik sədri deyib ki, 70-dən artıq aşığın yaradıcılığı qorunub saxlanılmayıb. Bu gün eyni səhvlərin davam etdirilməməsinin vacibliyini vurğulayan Z. Yaqub bu yaxınlarda UNESCO-da 20-dən artıq aşığın irsindən ibarət xüsusi toplu hazırlanıb. Hazırda Fransada olan toplu bu günlərdə Azərbaycana gətiriləcək.

Aşıqlar Birliyinin ofis məsələsinin həll olunduğunu vurğulayan sədr artıq “Ozan dünyası” adlı həftəlik qəzetin nəşr olunması üçün razılıq əldə olunduğunu da bildirib.

Azərbaycan Aşıqlar Birliyi sədrinin I müavini Məhərrəm Qasımlı isə yeni tərkiblə fəaliyyətə başlayan Aşıqlar Birliyinin dövlət tərəfindən tanınıldığını və həm birliyin şəhadətnaməsinin, həm möhrünün, həm də gerbinin qurumun rəhbərliyinə təqdim olunduğunu vurğulayıb: “Sevindirici haldır ki, Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsələ artıq həll olunmaq üzrədir. Bütün lazımi sənədlər hazırlanıb və bu günlərdə UNESCO-nun təşkilat komitəsinə təqdim ediləcək”.

Qeyd edək ki, iclasda birlik üzvləri UNESCO-nun Təşkilat Komitəsinə göndəriləcək sənədə imza atıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR