Bank Of Baku

YUNESKO-nun bölmə direktoru: “Azərbaycan mədəniyyəti elə səviyyədir ki, onun haqqında nə qədər danışsan azdır”

YUNESKO-nun bölmə direktoru: “Azərbaycan mədəniyyəti elə səviyyədir ki, onun haqqında nə qədər danışsan azdır”
# 02 dekabr 2008 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin beynəlxalq konfransının keçirilməsini yüksək qiymətləndirirəm”.
APA-nın xəbərinə görə, bu barədə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən YUNESKO-nun mədəni siyasətlər və beynəlxalq dialoq bölməsinin direktoru Katerina Stenou jurnalistlərə açıqlamasında bildirib. K. Stenou deyib ki, Azərbaycan mədəniyyəti elə bir səviyyədir ki, onun haqqında nə qədər danışsan azdır: “Azərbaycan muğamının bütün dünyanı lərzəyə gətirən gücü var. Azərbaycan xalçalarında ilin dörd fəslinin də rəngləri öz əksini tapıb. Adam buna baxanda həsəd aparır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR