Bank Of Baku

Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində iki illik beynəlxalq əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində iki illik beynəlxalq əməkdaşlıq proqramı imzalanıb
# 02 dekabr 2008 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq proqramı imzalanıb. APA-nın məlumatına görə, sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev imzalayıblar. İmzalanma mərasimindən sonra çıxış edən Əbülfəs Qarayev Azərbaycanla Rusiyanı tarixi köklər birləşdirdiyini deyib. Hər iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən nazir bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb. O, Bakıda keçirilən beynəlxalq konfransa ilk dəvət olunan ölkələr arasında Rusiyanın olduğunu xüsusi vurğulayıb. Əbülfəs Qarayev imzalanan proqram çərçivəsində təkcə Rusiyanın iri şəhərlərində deyil, bütün regionlarında mədəniyyət proqramlarının həyata keçiriləcəyini bildirib.

Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev isə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini xatırladıb və imzalanan sənədi uğurla başlanmış əməkdaşlığın davamı kimi səciyyələndirib.

Qeyd edək ki, 2009-2010-cu illəri nəzərdə tutan əməkdaşlıq proqramı muzey və kitabxana şəbəkəsinin yaradılmasını, hər iki ölkədə keçirilən musiqi və teatr festivallarında Azərbaycan və Rusiya təmsilçilərinin iştirakını, digər qarşılıqlı fəaliyyət növlərini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR