Bank Of Baku

Bakıda açıq səma altında etnoqrafik-etnoloji muzeyin yaradılması məqsədilə gələn il amerikalı ekspertlərlə məsləhətləşmələr keçiriləcək

Bakıda açıq səma altında etnoqrafik-etnoloji muzeyin yaradılması məqsədilə gələn il amerikalı ekspertlərlə məsləhətləşmələr keçiriləcək
# 02 dekabr 2008 14:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda açıq havada etnoqrafik-etnoloji muzey yaradılacaq. APA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ nümayəndə heyəti ilə görüşdə bildirib ki, artıq prezident qeyd olunan muzeyin yaradılması ilə əlaqədar müvafiq sərəncam imzalayıb: “Azərbaycan tərəfi bu layihənin reallaşdırılmasında amerikalı ekspertlərin yardımına ümid edir. Gələn il amerikalı ekspertlərlə ilkin məsləhətləşmələr keçirmək niyyətindəyik”. Görüşdə Birləşmiş Ştatları bu ölkənin dövlət katibinin peşəkar və mədəni mübadilə üzrə köməkçisinin müavini Alina Romanovski təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR