Bank Of Baku

Bərdədə məzarlıqların bərpası məqsədilə polyak mütəxəssislərlə məsləhətləşmələr keçiriləcək

Bərdədə məzarlıqların bərpası məqsədilə polyak mütəxəssislərlə məsləhətləşmələr keçiriləcək
# 02 dekabr 2008 15:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan mədəniyyət abidələrinin bərpasına dair Azərbaycan-Polşa birgə layihəsinin imzalanması planlaşdırılır.

APA-nın məlumatına görə, bu məsələ bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Polşanın mədəniyyət naziri Boqdan Zdroyevski arasında müzakirə olunub. Əbülfəs Qarayev bildirib ki, gələn ilin yanvar-fevral aylarında Bərdə şəhərində məzarlıqların bərpasına dair məsləhətləşmələr aparmaq üçün polyak ekspertləri ölkəmizə gələcəklər: “Əminəm ki, polyak mütəxəssislərin bu sahədə təcrübəsi dəyərli olacaq. Polşa ilə mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsinə zərurət var və biz əməkdaşlığı davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR