Bank Of Baku

Azərbaycanla Qatar mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Qatar mədəniyyət sahəsində əməkdaşlıq edəcək
# 03 dekabr 2008 07:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanla Qatar mədəniyyət sahəsində əməkdaşlıq edəcək. APA-nın məlumatımna görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Avropa mədəniyyət nazirlərinin toplantısında iştirak edən Qatarın mədəniyyət naziri Həməd Aziz Alkavari deyib. Onun sözlərinə görə, 2009-cu ildə Azırbaycanda Qatarən mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulur: “2009-cu il Bakı İslam Mədəniyyət Paytaxtı elan olunub. Elə bu tədbir də həmin proqram çərçivəsində həyata keçiriləcək. Çox istərdik ki, iki ölkə arasında mədəni əməkdaşlıqlar genişlənsin”. H.A.Alkavari deyib ki, səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü olub, görüşdə iki ölkə arasındakı mədəni əməkdaşlıq müzakirıə olunub: “Hesab edirəm ki, Azərbaycanla mədəniyyət sahəsində görüləcək işlər çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR