Bank Of Baku

Mixail Şvıdkoy: “Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar”

Mixail Şvıdkoy: “Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar”
# 03 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan Avropa ilə Şərq mədəniyyətləri arasında körpü rolunu oynayır. Bu mənada Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar. Bu ölkədə müxtəlif mədəniyyət və dinlərin nümayəndələri azad şəkildə bir yerdə yaşayırlar və bu baxımdan Bakıda keçirilən mədəniyyətlərarası dialoq mövzusunda konfrans çox əlamətdar hadisədir”. Bu açıqlamanı APA-ya Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy verib. O, Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransın bir neçə baxımdan əlamətdar olduğunu vurğulayıb: “Bu tədbirə Avropa cəmiyyətinin nümayəndələri ilə yanaşı islam ölkələrinin də təmsilçiləri qatılıblar. Bu gün mədəniyyətlərin, sivilizasiyaların dialoqu mövzusu çox aktualdır. Bakı konfransına qədər Avropa Şurasında bu qədər rəngarəng tərkibdə görüşlər keçirilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR