Bank Of Baku

Qabriela Bataini-Drakoni: “Konfransda iştirakımızın məqsədi Azərbaycanın beynəlxalq mədəniyyətlərarası dialoqda oynadığı rolu nümayiş etdirməkdir”

Qabriela Bataini-Drakoni: “Konfransda iştirakımızın məqsədi Azərbaycanın beynəlxalq mədəniyyətlərarası dialoqda oynadığı rolu nümayiş etdirməkdir”
# 03 dekabr 2008 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Bakı Bəyannaməsinin imzalanması ölkələr arasında mədəniyyətlərarası dialoqun inkişafına təkan verdi”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Nazir qeyd edib ki, bəyannamədə nəzərdə tutulan prinsip və fəaliyyət formalarının həyata keçirilməsi çox vacibdir: “Mühüm olan odur ki, bu prinsiplər kağız üzərində qalmasın, reallıqda həyata keçirilsin”. Mətbuat konfransında iştirak edən Avropa Şurasının təhsil, mədəniyyət, irs, gənclər və idman Direktorluğunun baş direktoru Qabriela Bataini-Drakoni mədəniyyətlərarası dialoq mövzusunda konfransın Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Bizim konfransda iştirakımızın məqsədi Azərbaycanın beynəlxalq mədəniyyətlərarası dialoqda oynadığı rolu nümayiş etdirmək, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparmaqdır. Bu gün qəbul olunan Bakı Bəyannaməsi təkcə adi sənəd deyil, həm də növbəti illər üçün iş planıdır”. Qeyd edək ki, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçiriləb “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda beynəlxalq konfransına 48 ölkənin, o cümlədən 36 Avropa dövlətinin və 12 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR