Bank Of Baku

Azərbaycanla Çexiya mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Çexiya mədəniyyət sahəsində əməkdaşlıq edəcək
# 03 dekabr 2008 11:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Çexiya ilə mədəniyyət sahəsində əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bakıda səfərdə olan Çexiyanın mədəniyyət nazirinin müavini Frantişek Mikeşin görüşündə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlıq etməsi qərara alınıb. Görüşdə çıxış edən F. Mikeş Azərbaycanda müxtəlif mədəni proqramların təşkilini vacib sayıb: “”Bu əməkdaşlıq mədəniyyətin müxtəlif sahələrini əhatə etməlidir. Həm incəsənət, həm muzey, həm də kitabxana işi sahəsində qarşılıqlı əməkdaşlıq edə bilərik”. Çexiyanın mədəniyyət nazirinin müavini bildirib ki, əməkdaşlıqla bağlı xüsusi proqram hazırlanacaq və saziş imzalanacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də Çexiyanın mədəniyyətin müxtəlif sahələrindəki təcrübəsindən istifadə etməyi vacib hesab etdiyini deyib. Ə. Qarayev qeyd edib ki, bu əməkdaşlıq abidələrin mühafizəsi istiqamətini də əhatə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR