Bank Of Baku

Zaqatalanın Qandax kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib

Zaqatalanın Qandax kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib
# 03 dekabr 2008 11:07 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Bu gün Zaqatalanın Qandax kəndində mədəniyyət evinin açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verib. Bildirilib ki, Qandax kənd mədəniyyət evi 1969-cu ildə tikilib istifadəyə verilib, son zamanlar baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Mədəniyyət evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(ARDNŞ) maliyyə dəstəyi və rayonun daxili imkanları hesabına əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR