Bank Of Baku

Əbülfəs Qarayev: “Ermənistanın mədəniyyət naziri Bakıya gəlsəydi, onun təhlükəsizliyinə təminat verərdik”

Əbülfəs Qarayev: “Ermənistanın mədəniyyət naziri Bakıya gəlsəydi, onun təhlükəsizliyinə təminat verərdik”
# 03 dekabr 2008 11:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Ermənistanın mədəniyyət naziri Bakıdakı konfransda iştirak etsəydi, biz onun təhlükəsizliyinə təminat verərdik”. APA-nın məlumatına görə, bunu Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransının yekunları ilə bağlı mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Ermənistandan son günə qədər cavab gözlədiklərini söyləyən nazir bildirib ki, Azərbaycan bütün iştirakçılar üçün bərabər imkanlar yaradıb və onların təhlükəsizliyini təmin edib. Avropa Şurasının təhsil, mədəniyyət, irs, gənclər və idman direktorluğunun baş müdiri Qabriela Bataini-Drakoni Ə. Qarayevin bəyanatını təsdiqləyərək bu məsələni bir neçə ay əvvəl İrəvanda Ermənistanın mədəniyyət və xarici işlər nazirləri ilə müzakirə etdiyini, Bakıda təhlükəsizliklərinə təminat verildiyini onlara söylədiyini xatırladıb. Q. Bataini-Drakoni Azərbaycan və Ermənistanın Kiyev təşəbbüsünün də iştirakçısı olduqlarını, iki tərəfi bu təşəbbüs çərçivəsində bir masa arxasında əyləşdirməyin mümkün olacağına ümid bəslədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR