Bank Of Baku

Avropa Şurasının nümayəndəsi: “Azərbaycan və Ermənistan hökumətləri razılıq verdikdən sonra tarixi-mədəni abidələrin monitorinqini aparmağa hazırıq”

Avropa Şurasının nümayəndəsi: “Azərbaycan və Ermənistan hökumətləri razılıq verdikdən sonra tarixi-mədəni abidələrin monitorinqini aparmağa hazırıq”
# 03 dekabr 2008 12:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan və Ermənistan hökumətləri razılıq verdikdən sonra Avropa Şurası hər iki ölkədə tarixi-mədəni abidələrin monitorinqini aparmağa hazırdır”. Bunu APA-ya açıqlamasında Avropa Şurasının Təbiət və mədəniyyət irsi departamentinin direktoru Robert Palmer deyib. O, AŞ baş katibinin avqust ayında mədəniyyət abidələrinin monitorinqi ilə bağlı vacib bir təşəbbüs irəli sürdüyünü və hər iki ölkə hökumətlərinə müraciət etdiyini, lakin indiyə qədər buna cavab almadıqlarını söyləyib: “Hökumətlərdən müsbət cavab aldıqdan dərhal sonra ekspert qrupu mədəniyyət abidələrinin vəziyyətini qiymətləndirmək üçün bölgəyə yollanacaq. Bunlar Avropa Şurasının dəvət etdiyi müstəqil ekspertlər olacaq”. R. Palmer hansı ölkədə olmasından asılı olmayaraq istənilən mədəni irs nümunəsinin qorunmasının vacibliyini vurğulayıb: “Avropa Şurasının istənilən ölkənin mədəni irsinə münasibəti bəllidir. Bunlar ümumi sərvətdir və hansı ölkədə yerləşməsindən asılı olmayaraq bütün insanlığa məxsusdur. Avropa Şurası bu irsin qorunub saxlanılması üçün müvafiq addımlar atmağa davam edir. Ancaq bu işi yerinə yetirmək üçün hökumətlərlə əməkdaşlıq önəmlidir. Hökumətlər razıdırsa, Avropa Şurası məsuliyyəti öz üzərinə götürməyə, dağıntıların nəticələrinin aradan qaldırılması üçün ekspertlər göndərməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR