Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Norveç mədəniyyət nazirinin müavini ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri Norveç mədəniyyət nazirinin müavini ilə görüşüb
# 03 dekabr 2008 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda olan Norveçin mədəniyyət nazirinin müavini Hedvart İncerbrekstonla görüşüb. APA-nın məlumatına görə, qonaq Azərbaycana ilk dəfə səfər etdiyini və çox müsbət təəssüratla ayrılacağını deyib: “Çox güman ki, iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanacaq. Ancaq onu qeyd etməliyəm ki, artıq Azərbaycanla Norvec mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq edirlər və hər iki ölkə bir-birinin təcrübəsindən yararlanır”. Nazir müavini sabah Norveç musiqiçilərinin Bakıya gələrək Azərbaycan musiqiçiləri ilə birgə konsert verəcəklərini bildirib.

Ə. Qarayev isə Norveçlə əməkdaşlığı yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın davamı üçün lazımi işlərin görüləcəyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR