Bank Of Baku

Rəşid Behbudovun 93 illiyi qeyd olunacaq

Rəşid Behbudovun 93 illiyi qeyd olunacaq
# 11 dekabr 2008 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 14-də Azərbaycanın mərhum sənətkarı Rəşid Behbudovun anadan olmasının 93 illiyi qeyd olunacaq. Dövlət Mahnı Teatrının mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin gün tanınmış mədəniyyət və incəsənət xadimləri mərhum sənətkarın məzarını ziyarət edəcəklər. Daha sonra sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında onun xatirəsi anılacaq. Xatirə gecəsində Yalçın Rzazadə, Mübariz Tağıyev, Rəşidə Rəşid, Əvəz Abdullayev, Bilal Əliyev, Vaqif Şıxəliyev, Anar Şuşalı və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub və 1989-cu il iyunun 9-da vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR