Bank Of Baku

Minskdə Azərbaycan və Belarusun tanınmış musiqiçilərinin iştirakı ilə qala-konsert keçiriləcək

Minskdə Azərbaycan və Belarusun tanınmış musiqiçilərinin iştirakı ilə qala-konsert keçiriləcək
# 15 dekabr 2008 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 21-də Belarus Dövlət Filarmoniyasının Böyük zalında Azərbaycan və Belarusun tanınmış musiqiçilərinin iştirakı ilə qala-konsert keçiriləcək. Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “Hisslərin mifologiyası” adı altında keçiriləcək bu konsert Azərbaycan və Belarus respublikalarının diplomatik əlaqələrinin 15-ci ildönümünə və azərbaycanlıların həmrəylik gününə həsr olunacaq. Azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, layihənin müəllifi və təşəbbüskarı Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyevdir. Həmin gecədə dirijor Əyyub Quliyev, xalq artisti, tarzən Ramiz Quliyev, Belarusdan isə xalq artisti, Dövlət Filarmoniyasının direktoru Vyaceslav Bortnovskiy, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Pavel Netuk çıxış edəcəklər. Belarusun ən tanınmış kollektivlərindən olan Dövlət Akademik Simfonik Orkestrinin ifasında Dövlət Akademik Simfonik Orkestrinin ifasında Azərbaycan və Belarus bəstəkarları Q. Qarayev, H. Xanməmmədov, O. Soninin əsərləri və eyni zamanda, dünya klassikləri M. Qlinka, P. Caykovski və K. Sen-Sansın tanınmış əsərləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR