Bank Of Baku

Azərbaycan xalçaları Tatarıstan Dövlət Təsviri İncəsənət Muzeyində nümayiş etdirilir

Azərbaycan xalçaları Tatarıstan Dövlət Təsviri İncəsənət Muzeyində nümayiş etdirilir
# 18 dekabr 2008 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan xalçaları Tatarıstan Dövlət Təsviri İncəsənət Muzeyində nümayiş etdirilir. APA-nın məlumatına görə, Azərbaycan xalçalarının nümayişi həmin muzeydə keçirilən “Müsəlman incəsənətinin şedevrləri” adı altında keçirilən layihə çərçivəsində təşkil olunub. Bu layihə əsasında iki sərgi təşkil edilib. Sərgilərdən biri “Müsəlman Şərqinin təsviri xalçaları”, ikincisi isə “XVIII əsrin sonları, XX əsrin əvvəlində Türkiyə tətbiqi-incəsənəti” adı altında keçirilir. Sərgilərdə Azərbaycan, Türkiyə, İran, Hindistan və digər ölkələrin xalçaları, incəsənət nümunələri nümayiş olunur. Sərgi yanvarın 15-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR