Bank Of Baku

Mirsadıq Əfəndiyevin barelyefinin açılışı keçirilib

Mirsadıq Əfəndiyevin barelyefinin açılışı keçirilib
# 19 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın tanınmış teatr xadimi Mirsadıq Əfəndiyevin xatirə lövhəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev M. Əfəndiyevin Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olduğunu bildirib. O, M. Əfəndiyevin az ömür sürdüyünü, ancaq kifayət qədər iş gördüyünü vurğulayıb. Nazir müavini M. Əfəndiyevin 1902-ci ildə Aşqabadda anadan olduğunu və 1942-ci ildə Krımda vəfat etdiyini deyib: “Mirsadıq Əfəndiyev Türk İşçi-Kəndli Teatrının yaradıcısı və 1929-cu ilə qədər direktoru olub. 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında teatr tarixi və fəlsəfədən dərs deyib. Bu barelyefin hazırlanmasına hələ 1994-cü ildə qərar verilib. Ancaq xatirə lövhəsini hazırlamaq bu günə qismət imiş”.

Tədbirdə teatrşünas, professor İnqilab Kərimov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Məryəm Əlizadə və başqaları da çıxış ediblər. Mirsadıq Əfəndiyevin barelyefinin müəllifi əməkdar rəssam, heykəltəraş Arif Qazıyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR