Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Şəkidədir

Azərbaycanın mədəniyyət və turizm naziri Şəkidədir
# 20 dekabr 2008 15:20 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidədir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Səki rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Ə. Qarayev öncə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən Prezident kuboku uğrunda milli “Çovqan” yarışlarının açılışında iştirak edib. O, çıxışında qeyd edib ki, yarışların keçirilməsində məqsəd xalqın milli atüstü oyunlarını qoruyub saxlamaq və ölkəmizdə atçılıq turizmini inkişaf etdirməkdir.

Yarışların açılış mərasimindən sonra Ə. Qarayev Şəki şəhərində əsaslı bərpa olunan kitabxanaya baş çəkib. Daha sonra nazir Qala kompleksinə gedib və orda sənətkarlar mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR