Bank Of Baku

Sankt-Peterburqda keçirilən “Dostlar festivalı”nda Azərbaycanı “Çinar” rəqs ansamblı təmsil edib - FOTOSESSİYA

Sankt-Peterburqda keçirilən “Dostlar festivalı”nda Azərbaycanı “Çinar” rəqs ansamblı təmsil edib - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2008 07:50 (UTC +04:00)
Sankt-Peterburq. Müsəllim Həsənov-APA. Sankt-Peterburqda sosial-mədəni „Tolerantlıq“ proqramı çərçivəsində “Dostlar festivalı” adlı qala-konsert keçirilib. APA-nın Sankt-Peterburqdakı müxbirinin verdiyi məlumata görə, layihənin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşma şəraiti yaratmaq, gənclər arasında tolerantlığı gücləndirmək və Peterburqda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinə qarşı dözümlü münasibət formalaşdırmaq məqsədi daşıyır. Çin, polyak, gürcü, erməni, latış, ləzgi, başqırd və s. xalqların nümayəndələrinin çıxış etdiyi festivalda ölkəmizi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nəzdində fəaliyyət göstərən “Çinar” rəqs ansamblı təmsil edib. Tamaşaçılar qarşısına “Yallı” rəqsi ilə çıxan yeniyetmə soydaşlarımızın çıxışı alqışlarla qarşılanıb, onlar festivalın xatirə nişanı və qiymətli hədiyyə ilə təltif olunublar.

Qeyd edək ki, yeniyetmə soydaşlarımızdan ibarət “Çinar” rəqs ansamblı 1998-ci ildə yaradılıb. Ansamblın rəhbəri Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyevadır. Hazırda 4 yaşından 18 yaşına qədər 80-dən çox soydaşımız X. Mirzəyevanın rəhbərliyi altında Azərbaycan rəqslərini öyrənir, bölgədə keçirilən mədəni-kütləvi tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR