Bank Of Baku

Azərbaycanın ilk detektiv filmi bərpa olunub

Azərbaycanın ilk detektiv filmi bərpa olunub
# 22 dekabr 2008 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın ilk detektiv filmi bərpa olunub. Filmin bərpası Dövlət Film Fondu tərəfindən həyata keçirilib. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya açıqlamasında filmin 1925-ci ildə “Bakı” kinostudiyasında istehsal olunduğunu deyib. “Əvəz-əvəzi” adlı səssiz filmin rejissoru rusiyalı Aleksandr Litvinovdur. Film 6 hissədən ibarətdir. Baş rolda Abbas Mirzə Şərifzadə çıxış edib. Gələn il filmin bərpa olunmuş variantının təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR