Bank Of Baku

Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər keçiriləcək

Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlər keçiriləcək
# 23 dekabr 2008 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu ildə Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərə gələn il fevralın ortalarından etibarən start veriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bir il müddətində maraqlı mədəniyyət proqramları həyata keçiriləcək: “Biz gələn il Azərbaycana çoxlu qonaqların gəlməsini gözləyirik. Azərbaycanın siyasi və iqtisadi durumu bundan da yaxşı olacaq. Bu tədbirlər çərçivəsində isə bir sıra islam ölkələri ilə əməkdaşlıqlar qurulacaq”.

Ə. Qarayev 2009-cu ildə 9 ölkədə Azərbaycan mədəniyyət günlərinin keçiriləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR