Bank Of Baku

Əbülfəs Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb

Əbülfəs Qarayev fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
# 23 dekabr 2008 11:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilin sentyabrında prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb. APA-nın məlumatına görə, nazir fəxri ada layiq görülən bütün mədəniyyət və incəsənət xadimlərini təbrik edib: “Fəxri adların, təqaüdlərin verilməsi dövlət rəhbərliyinin mədəniyyətə göstərdiyi yüksək qayğının nəticəsidir. Bu fəxri adlardan sonra hər biriniz daha çox çalışmalısınız. Son illər ərzində Azərbaycan mədəniyyətinin inkişaf etməsi sirr deyil. Keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyiniz olduqca böyük işdir”.

Qeyd edək ki, xalq artisti fəxri adına layiq görülən Aygün Kazımova, Brilliant Dadaşova və Nisə Qasımova mərasimə qatılmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR