Bank Of Baku

Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması ilə bağlı tender elan olunacaq

Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması ilə bağlı tender elan olunacaq
# 23 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gələn il Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması ilə bağlı tender elan olunacaq. APA-nın məlumatına görə, bu məlumatı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, hazırda muzeyin yaradılması üçün hazırlıq işləri görülür: “Tenderdə qalib gələn şirkət yeni Etnoqrafiya Muzeyinin konsepsiyasının xəritəsini, planlaşdırmanı və marketinq funksiyalarını bizə təqdim etməlidir. Hələlik yalnız dövlət səviyyəsində sənədləşmə gedir. Hesab edirik ki, bu işdə tələsmək lazım deyil. Çünki Etnoqrafiya Muzeyi yeni bir layihədir, bizdə isə belə bir layihə yoxdur. Çox istərdik ki, gələn il biz artıq ən maraqlı layihələri əsas götürərək bütöv bir layihə təqdim edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR