Bank Of Baku

Azərbaycanda “Ötən illərin mahnıları” başlığı altında keçirilən retro-musiqi festivalı başa çatıb

Azərbaycanda “Ötən illərin mahnıları” başlığı altında keçirilən retro-musiqi festivalı başa çatıb
# 24 dekabr 2008 00:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın peşəkar bəstəkarlarının mahnılarından ibarət “Ötən illərin mahnıları” başlığı altında keçirilən retro-musiqi festivalı başa çatıb. APA-nın məlumatına görə, festival Azərbaycan Həmkarlar İttifaqı (AHİK) və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. Festivalda Bakı, Siyəzən, Mingəçevir, Şuşa, Lənkəran, Masallı, Cəlilabad, Tərtər, Oğuz, Qax, Salyan, Sabirabad, Zərdab, Şamaxı və digər bölgələrdən olan həmkarlar ittifaqı üzvləri, fəalları, fəhlə və qulluqçular, ali və orta ixtisas məktəblərinin tələbələri, klub müəssisələrinin özfəaliyyət musiqi kollektivləri iştirak ediblər. Münsiflər heyəti Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin sədrlik etdiyi münsiflər heyəti çoxsaylı iştirakçılar arasından 11 nəfəri seçib. I yerə S.Bəhlulzadə adına Mədəniyyət Sarayından Zülfiyyə Məmmədova, II yerə Şuşa şəhər icra nümayəndəliyinin işçisi Günay İmamverdiyeva və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin işçisi Elçin Məmmədov qalib olublar. Festivalda III yeri Bakı Qızlar Universitetinin tələbəsi Nərmin Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Natiq Həziyev və Adil İsgəndərov adına Mədəniyyət Sarayının üzvü Rəcəb Musayev qazanıb. Qaliblər pul mükafatları və AHİK-in diplomları ilə təltif olunublar. Dənizçilər Mədəniyyət Evinin üzvü İbrahim Əlizadə AHİK-in xüsusi diplomu və 150 manat pul mükafatı ilə təltif olunub. Festivalın bir neçə iştirakçısı da AHİK-in diplomlarına layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR