Bank Of Baku

“Qış harmoniyası” adlı vizual incəsənət sərgisinin açılışı keçirilib

“Qış harmoniyası” adlı vizual incəsənət sərgisinin açılışı keçirilib
# 23 dekabr 2008 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində “Qış harmoniyası” adlı vizual incəsənət sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə rəngkarlıq, qrafika, foto və heykəltəraşlıq janrında əsərlər sərgilənir. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi ilə birgə təşkil etdiyi sərgi “İlin fəsilləri” adlı sərgilər silsiləsinin sonuncu mərhələsidir. Muzey Mərkəzinin direktoru Liana Vəzirova deyib ki, “Qış harmoniyası” sərgisi özünəməxsus ideya-konsepsiyaya malikdir: “İlk baxışdan qış ilin ən soyuq, çovğunlar olan dövrüdür. Böyük çoşqu ilə qeyd etdiyimiz yeni il bayramları da məhz qış fəslinə təsadüf edir. Biz təşkilatçılar çalışacağıq ki, sərgi qalereyasında qış vernisajı möcüzələrə, nağıllara və gözəlliyə inamı tamaşaçılara qaytarsın”.

Qeyd edək ki, 60-a yaxın müxtəlif janrda əsərlərin nümayiş olunduğu sərgi dekabrın 30-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR