Bank Of Baku

Tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev Minsk Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış ediblər

Tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev Minsk Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış ediblər
# 25 dekabr 2008 09:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev Minsk Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış ediblər. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsertə belaruslu dirijor Vyaçeslav Bortnovski və pianoçu Pavel Netukun də qatılıblar. Qala-konsert Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Konsertdə Əyyub Quliyev ilə Vyaçeslav Bortnovskinin dirijorluğu ilə Belarus Respublikası Dövlət Simfonik Orkestrinin ifasında M. Qlinkanın, Q. Qarayevin və digər bəstəkarların əsərləri ifa olunub. Hacı Xanməmmədovun tar ilə simfonik orkestr üçün 2-ci konserti Ramiz Quliyevin solo ifasında səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR