Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir

Mədəniyyət və Turizm Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir
# 26 dekabr 2008 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyində 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilir. APA-nın məlumatına görə, kollegiya iclasında çıxış edən nazir Əbülfəs Qarayev deyib ki, bugünkü kollegiya iclasında 2009-cu ilin I yarısına kimi həyata keçiriləcək layihələr və tədbirlər barədə müzakirələr aparılacaq. Bundan əlavə kollegiya iclasında 2008-2018-ci illərdə teatr proqramının təsdiq edilməsi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının təmiri məsələsinin müzakirə ediləcəyini bildirən nazir, ilin yekunları ilə bağlı təsdiqlənəcək sənədin 2009-cu ilin yanvarın 10-a kimi Nazirlər Kabinetinə təqdim olunacağını qeydi edib. Nazir onu da bildirib ki, gələn il fevralın ortalarında Azərbaycanın tarixi mədəniyyəti, tarixi qoruqları və etnoqrafiyası ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR