Bank Of Baku

Azərbaycan karikaturaçıları Təbrizdə keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycan karikaturaçıları Təbrizdə keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək
# 13 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İranın Təbriz şəhərində keçiriləcək VIII Beynəlxalq Karikatura müsabiqəsində Azərbaycan karikaturaçıları da iştirak edəcək. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, İranda ənənəvi olaraq təşkil olunan müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə də dəvət alıb. Tədbir çərçivəsində Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycan Karikatura Muzeyində mükafat almış əsərlərin nümayişi keçiriləcək.“Müharibəyə yox” mövzusuna həsr olunmuş beynəlxalq karikatura müsabiqəsinə fevralın sonunda yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR