Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarının operası nümayiş etdiriləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarının operası nümayiş etdiriləcək
# 13 yanvar 2009 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Rucero Leonkavallonun “Payatsı” operası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu opera 1999-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub və artıq on ildir ki, teatrın repetuarındadır. Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada əsas rollarda teatrın solistləri – xalq artisti Azər Zeynalov (Kanio), əməkdar artist Gülnaz İsmayılova (Nedda) çıxış edəcəklər. Əsas partiyalardan biri olan Tonio partiyasını isə ilk dəfə teatrın gənc solisti, əməkdar artist Əvəz Abdullayev ifa edəcək. Tamaşanı əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR