Bank Of Baku

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Avropanın mədəniyyət paytaxtında səfərdə olub

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Avropanın mədəniyyət paytaxtında səfərdə olub
# 14 yanvar 2009 07:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Avropanın mədəniyyət paytaxtı elan edilmiş Lints şəhərində səfərdə olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, nümayəndə heyəti Lintsdə keçirilmiş mədəniyyət ilinin təntənəli açılış festivalında iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyətinin “Lints 09” mədəniyyət ili proqramının təşkilatçıları və Lints şəhərinin meri Frants Dobuşla görüşü olub. Görüşlərdə mədəniyyət ilinin keçirilməsində Avstriya təcrübəsi, qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
S. Məmmədəliyeva Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması və bununla bağlı nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib. Lintsin meri Frants Dobuş, Avstriyanın Federal təhsil, incəsənət və mədəniyyət naziri Klaudia Şmit 2009-cu ilin 18-19 fevralında bu münasibətlə Bakıda keçiriləcək mərasimlərə dəvət ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR